Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycanda I ixtisas qrupunda 83 ixtisasdan 27 ixtisas ləğv edilib
Azərbaycanda I ixtisas qrupunda 83 ixtisasdan 27 ixtisas ləğv edilib8-02-2020, 20:31 |
Azərbaycanda I ixtisas qrupunda 83 ixtisasdan 27 ixtisas ləğv edilib, 10 yeni ixtisas yaradılıb, 19 ixtisas əsasında 17 ixtisas formalaşdırılıb. Şəffaflıq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.Beləliklə, I ixtisas qrupunda Hidrogeologiya mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Xüsusi təyinatlı texnika və sistemlər, Kosmik texnologiyalar mühəndisliyi, Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları siyahıdan çıxarılıb. I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Aerokosmik mühəndislik, Aviasiya təhlükəsizliyi mühəndisliyi, Geomatika və geodeziya mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Hərbi rabitə vasitələri mühəndisliyi, Sərhəd təhlükəsizliyi və idarəetmə yer alıb. Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, Silah və silah sistemlərinin istehsal texnologiyası, Yer quruluşu, torpaq və şəhər kadastrı, Sistem mühəndisliyi ixtisasları əsasında Materiallar mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi, Energetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin təşkili, Cihaz mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Meliorasiya mühəndisliyi, Qida mühəndisliyi, Zoomühəndislik, Balıqçılıq, Optotexnika mühəndisliyi, Pirotexniki və partladıcı vasitələr mühəndisliyi, Hərbi kompozisiya materialları mühəndisliyi, Silah və silah sistemləri mühəndisliyi, Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Sistemlər mühəndisliyi ixtisasları formalaşdırılıb. Beləliklə, son dəyişiklikdən sonra I ixtisas qrupuna aşağıdakı 64 ixtisas daxildir: 1. Fizika müəllimliyi 2. İnformatika müəllimliyi 3. Riyaziyyat müəllimliyi 4. Riyaziyyat və informatika müəllimliyi 5. Texnologiya müəllimliyi 6. Fizika 7. Geologiya 8. Kompüter elmləri 9. Mexanika 10. Riyaziyyat 11. Aerokosmik mühəndislik 12. Aqromühəndislik 13. Aviasiya təhlükəsizliyi mühəndisliyi 14. Cihaz mühəndisliyi 15. Dəniz naviqasiyası mühəndisliyi 16. Ekologiya mühəndisliyi 17. Elektrik və elektronika mühəndisliyi 18. Energetika mühəndisliyi 19. Gəmi energetik qurğularının istismarı mühəndisliyi 20. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi 21. Geologiya və geofizika mühəndisliyi 22. Geomatika və geodeziya mühəndisliyi 23. Hava nəqliyyatının hərəkətinin təşkili 24. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 25. İnformasiya təhlükəsizliyi 26. İnformasiya texnologiyaları 27. İnşaat mühəndisliyi 28. Kimya mühəndisliyi 29. Kommunikasiya sistemləri mühəndisliyi 30. Kompüter mühəndisliyi 31. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 32. Maşın mühəndisliyi 33. Materiallar mühəndisliyi 34. Mədən mühəndisliyi 35. Meliorasiya mühəndisliyi 36. Memarlıq* 37. Metallurgiya mühəndisliyi 38. Mexanika mühəndisliyi 39. Mexatronika və robototexnika mühəndisliyi 40. Mühəndis fizikası 41. Neft- qaz mühəndisliyi 42. Nəqliyyat mühəndisliyi 43. Nəqliyyat tikintisi mühəndisliyi 44. Proseslərin avtomatlaşdırılması mühəndisliyi 45. Qida mühəndisliyi 46. Radiotexnika və telekommunikasiya mühəndisliyi 47. Şəhərsalma 48. Sənaye mühəndisliyi 49. Uçuş mühəndisliyi 50. Yanğın təhlükəsizliyi mühəndisliyi 51. Aqronomluq 52. Balıqçılıq 53. Meşəçilik 54. Şərabçılıq 55. Torpaqşünaslıq və aqrokimya 56. Yerquruluşu və daşınmaz əmlakın kadastrı 57. Zoomühəndislik 58. Hərbi kompozisiya materialları mühəndisliyi 59. Hərbi rabitə vasitələri mühəndisliyi 60. Optotexnika mühəndisliyi 61. Pirotexniki və partladıcı vasitələr mühəndisliyi 62. Sərhəd təhlükəsizliyi və idarəetmə 63. Silah və silah sistemləri mühəndisliyi 64. Sistemlər mühəndisliyi Geri qayıt |