Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib
Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edibBu gün, 16:37 |
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə mühüm ikitərəfli görüş keçirib. Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. Gorüşdə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçiriləcək görüşü ilə bağlı gözləntilər və mümkün perspektivlər müzakirə olunub. Bundan başqa, tərəflər təhlükəsizlik zəmanətlərini, dron istehsalına investisiyaları və hərbi dəstəyin gücləndirilməsi imkanlarını müzakirə ediblər. V.Zelenski qeyd edib ki, avqust ayı ərzində Ukrayna 100 illik tərəfdaşlıq haqqında sazişi ratifikasiya etməyə, daha sonra Ukrayna-Britaniya formatında görüş keçirməyə hazırlaşır. Geri qayıt |