Əsas Səhifə > SİYASƏT > Vaşinqton görüşü dünya nizamına da yeniliklər gətirəcək - RƏY
Vaşinqton görüşü dünya nizamına da yeniliklər gətirəcək - RƏYDünən, 16:35 |
Vaşinqtonda baş tutan görüş Bakı ilə İrəvan arasında münasibətləri tənzimləyən yeni siyasi çərçivə yaratmaqla yanaşı, dünya nizamına da özünəməxsus yeniliklər gətirəcək potensiala malikdir. Bunu Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov deyib. Onun sözlərinə görə, Azərbaycanı Naxçıvan, həmçinin Türkiyə ilə birbaşa birləşdirən Zəngəzur dəhlizinin (Tramp marşrutu) əhəmiyyəti çox böyükdür: "Bunun sayəsində Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqəsinin sabitləşməsinə, eləcə də nəqliyyat və enerji axınlarının şaxələndirilməsinə imkan yaranacaq. Bu körpü Türkiyə üçün Anadolunun Cənubi Qafqazla “paylayıcı mərkəz” rolunu gücləndirən mühüm faktora çevriləcək. Hər halda bu layihə Avropa İttifaqı üçün tədarük zəncirinin çeşidləndirilməsi, ABŞ üçün isə bölgədə uzunmüddətli siyasi-texniki mövcudluğu təmin edəcək bir alət olacaq”. Şəffaflıq.az Geri qayıt |