Əsas Səhifə > Hadisə > Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcəkDünən, 14:12 |
Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq. Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək. Şəffaflıq.az Geri qayıt |