Əsas Səhifə > Hadisə > Qusarda ana doğuşdan sonra ölüb
Qusarda ana doğuşdan sonra ölübDünən, 10:16 |
Qusar rayonunda ana doğuşdan sonra ölüb. Şəffaflıq.az-ın məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb. Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər. Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur. Bu, onun ikinci hamiləliyi olub. Geri qayıt |