Əsas Səhifə > Kriminal > Vəzifəli şəxs 412 min manat mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ
Vəzifəli şəxs 412 min manat mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ8-02-2020, 15:41 |
Ağdam rayon Vergilər şöbəsinin direktoru Valeh Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası fevralın 19-da keçiriləcək. Qeyd edək ki, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, Ağdam rayon Vergilər şöbəsinin direktoru Valeh Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə, ümumilikdə, 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan məsuliyyətə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (Vəzifə saxtakalığı) maddələri ilə ittiham verilib. Geri qayıt |