Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölüb
Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölübDünən, 09:32 |
Braziliyanın Parana ştatında yerləşən partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayış nəticəsində 9 nəfər ölüb. Bu barədə Şəffaflıq.az yerli KİV-ə istinadən xəbər verir. Məlumata görə, hadisə partlayıcı maddələrin saxlandığı və daşınması üçün hazırlanmış 25 kvadratmetrlik otaqda baş verib. Partlayış nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb. Ştat qubernatoru Ratinho Junior artıq həlak olanların ailələrinə başsağlığı verib. Hüquq-mühafizə orqanları qəzanın səbəblərini və şəraitini araşdırır. Geri qayıt |