Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Əməyin mühafizəsi sahəsində daha beş yeni milli standart təsdiq edilib
Əməyin mühafizəsi sahəsində daha beş yeni milli standart təsdiq edilibDünən, 10:39 |
Əməyin mühafizəsi sahəsində daha beş yeni milli standart hazırlanaraq təsdiq edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərini uyğun hazırlanan standartlara fərdi mühafizə vasitələrinin sınaq proseduru, gözlərin və üzün mühafizəsi, qoruyucu geyim və ayaqqabı, fərdi mühafizə vasitələrinin təhlükəsizliyinə dair tələbləri əhatə edir. "İşçilərə xüsusi geyim və ayaqqabı eləcə də digər fərdi mühafizə vasitələrinin verilməsi zamanı yeni standartların tələblərinə uyğun təşkil olunması, əməyin mühafizəsi qaydalarının təkmilləşdirilməsi, qüvvədə olan normalara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühim önəm kəsb edir", - məlumatda qeyd olunub. Geri qayıt |