Əsas Səhifə > SİYASƏT > Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib
Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib11-08-2025, 17:34 |
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat verib. Məlumatda qeyd olunub ki, N.Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə Ərdoğanı məlumatlandırıb. "Ermənistanın Baş naziri Türkiyə Prezidentinə 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi barədə məlumat verib", - mətbuat xidmətindən bildirilib. N.Paşinyan qeyd edib ki, Bakı və İrəvan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinin müəyyən edilməsinə imkan yaradır. Bundan başqa, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli gündəliyinə daxil olan məsələləri, xüsusilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər: "Baş nazir qeyd edib ki, indi bu razılaşmaların həyata keçirilməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait var. Həmsöhbətlər fəal siyasi dialoqu davam etdirməklə bağlı razılığa gəliblər". Şəffaflıq.az Geri qayıt |