Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Fransada daha 5 nəfər koronavirusa yoluxdu
Fransada daha 5 nəfər koronavirusa yoluxdu8-02-2020, 15:30 |
Fransada daha beş nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb. Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Buzan bildirib. O qeyd edib ki, virusa yoluxanlar Böyük Britaniya vətəndaşlarıdır. Onlar bir müddət öncə Sinqapura səfər etmiş bir şəxslə təmasda olduqdan sonra virusa yoluxublar. Yoluxanlardan birinin uşaq olduğunu qeydə edən Səhiyyə naziri onların vəziyyətinin ağır olmadığını bildirib. Bununla da Fransada virusa yoluxanların ümumi sayı artıq 11-ə çatıb. Geri qayıt |