Əsas Səhifə > SİYASƏT > Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək


11-08-2025, 10:03


Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaş qəbulu keçirəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, sözügedən tarxidə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayon sakinlərinin qəbulu keçiriləcək.


Geri qayıt