Əsas Səhifə > Hadisə > Hacıqabulda traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var
Hacıqabulda traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var11-08-2025, 09:53 |
Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |