Əsas Səhifə > REGİON > Saxalində sərnişin təyyarəsi qəza enişi edib
Saxalində sərnişin təyyarəsi qəza enişi edib8-08-2025, 10:54 |
Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini yerinə yetirən DHC-6-400 təyyarəsi havaya qalxdıqdan bir müddət sonra qəza enişi edib, xəsarət alan olmayıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib. "Bu gün "Tayqa" aviaşirkətinin Cənubi Saxalinsk - Sovetskaya Qavan reysini həyata keçirən DHC-6-400 təyyarəsi texniki nasazlıq səbəbindən qəza enişi edib. Havaya qalxdıqdan bir müddət sonra nasazlıq aşkar edən ekipaj təyyarənin geri qayıtmasına qərar verib. Eniş uğurla həyata keçirilib", - məlumatda deyilir. Təyyarədə 14 sərnişin, o cümlədən 4 yetkinlik yaşına çatmayan şəxs olub. Geri qayıt |