Əsas Səhifə > HƏRBİ > Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir7-08-2025, 11:31 |
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə Türkiyədə icra olunub. Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır. Şəffaflıq.az Geri qayıt |