Əsas Səhifə > Hadisə > Bərdədə yük maşını yandı

Bərdədə yük maşını yandı


7-02-2020, 20:19

 

Bərdədə ot daşıyan yük maşını aşaraq yanıb.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mehdili kəndi ərazisində baş verib.

Ağcabədi rayon sakini  Rauf Baxışovun idarə etdiyi "42 BC 782" dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirirərək aşıb. Nəticədə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürmə bölməsi cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb. 
Geri qayıt