Əsas Səhifə > ELM VƏ TƏHSİL > MİQ üzrə vakansiya seçimi başlayıb

MİQ üzrə vakansiya seçimi başlayıb


6-08-2025, 12:52


Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə "Report"a İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 11-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq: "Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə

https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz".

Şəffaflıq.az


Geri qayıt