Əsas Səhifə > SİYASƏT > Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib
Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib6-08-2025, 09:40 |
Zəngilan rayonunun Ağalı kəndinin Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkü vasitəsilə növbəti dəfə vətəndaşlara xidmət göstərilib. Bu barədə "ASAN xidmət"dən məlumat verilib Bu çərçivədə ümumilikdə 35 nəfər vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətləri ilə bağlı müvafiq xidmətlər təmin edilib. Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 4 avqust 2022-ci il tarixində faəliyyətə başlayıb. Şəffaflıq.az Geri qayıt |