Əsas Səhifə > Hadisə > Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb
Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb5-08-2025, 11:26 |
Bakı-Quba yolunun Sumqayıt istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb. Şəffaflıq.az-ın məlumatına görə, 1953-cü il təvəllüdlü Bəxtiyar Tağı oğlu Səmədov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, o, hadisədən 9 gün sonra - avqustun 5-nə keçən gecə həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |