Əsas Səhifə > REGİON > Rusiya Xarkovda dəmir yoluna zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovda dəmir yoluna zərbə endirib, ölən və yaralananlar var


5-08-2025, 10:52


Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhərində dəmir yolu infrastrukturuna zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i "Ukrzaliznıtsya"nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bölmələrdən birinin növbətçi mexaniki həlak olub, daha dörd dəmiryolçu yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - məlumatda deyilir.

Hücum nəticəsində dəmir yolu vağzalı və digər infrastruktur obyektləri zədələnib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.


Geri qayıt