Əsas Səhifə > REGİON > Ukrayna Polşada konsulluq açmağı planlaşdırır
Ukrayna Polşada konsulluq açmağı planlaşdırır4-08-2025, 16:16 |
Ukrayna ilin sonuna qədər Ryaşevdə (Polşa) konsulluq açmağı planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Ukrinform”a müsahibəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib. "Planlarımızda ilin sonuna qədər Ryaşevdə konsulluq fəaliyyətinə başlamaq var. Digər konsulluq müəssisəsi Poznanda açılacaq. Hazırda logistika məsələlərinin həlli və kadr potensialı üzərində aktiv işləyirik", - o qeyd edib. Geri qayıt |