Əsas Səhifə > Hadisə > Xırdalanda fəhlə yüksək mərtəbədən yıxılaraq ölüb

Xırdalanda fəhlə yüksək mərtəbədən yıxılaraq ölüb


Dünən, 12:55


Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Tikinti sahəsində çalışan fəhlə Vüqar Cəfərov yuxarı mərtəbədən yıxılaraq həyatını itirib.

Meyit müvafiq ekspertiza təyin olunmaqla aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri qayıt