Əsas Səhifə > Hadisə > İsmayıllıda 26 yaşlı gənc çayda batıb

İsmayıllıda 26 yaşlı gənc çayda batıb


31-07-2025, 16:29


İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.


Geri qayıt