Əsas Səhifə > ELM VƏ TƏHSİL > Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır
Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır31-07-2025, 11:52 |
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq. Şəffaflıq.az Geri qayıt |