Əsas Səhifə > Hadisə > DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb31-07-2025, 11:47 |
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub. Aidiyyəti üzrə araşdırmalar davam etdirilir. Şəffaflıq.az Geri qayıt |