Əsas Səhifə > Kriminal > Bakıda dəhşətli QƏTL - Qardaş bacısının başını kəsdi

Bakıda dəhşətli QƏTL - Qardaş bacısının başını kəsdi


7-02-2020, 08:38

 

Paytaxtda orta yaşlı qadının şah damarı kəsilib.

Hadisə “Memar Əcəmi” metrostansiya yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Hadisə yerinə polis və təcili yardım cəlb edilib. Qardaşı tərəfindən boğazı kəsilən və ürəyindən bıçaqlanan qadın hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qadın hadisədən əvvəl qızına zəng edərək qardaşının onu izlədiyini deyib. Daha sonra isə cinayətkar təqsirini etiraf edib.

Hadisənin hansı zəmində törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qadının 48-50 yaşlarında olduğu ehtimal edilir. Mərhumun 1 qız, iki oğlan övladı var.

Şəffaflıq.az




Geri qayıt