Əsas Səhifə > SİYASƏT > Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM


29-07-2025, 14:26


Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindəndən ilkin olaraq 2 milyon manatı ayrılıb.


Geri qayıt