Əsas Səhifə > SİYASƏT > İsrailin yeni səfiri bu gün Bakıya gələcək

İsrailin yeni səfiri bu gün Bakıya gələcək


29-07-2025, 14:20


İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus bu gün Bakıya gələcək.

Bu barədə Şəffaflıq.az Azərbaycan-İsrail Alyansına (AIA) istinadən xəbər verir.

Qeyd olunub ki, R.Kraus etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə Prezident İlham Əliyevə təqdim edəcək. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə səfər edəcək.


Geri qayıt