Əsas Səhifə > Hadisə > Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var


29-07-2025, 10:29


Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt