Əsas Səhifə > Hadisə > Şəmkirdə sərnişinlər bıçaqlanıb, onlara xəsarət yetirməkdə sürücü şübhəli bilinir
Şəmkirdə sərnişinlər bıçaqlanıb, onlara xəsarət yetirməkdə sürücü şübhəli bilinir29-07-2025, 09:25 |
Şəmkirdə taksi sərnişinləri bıçaqlanıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |