Əsas Səhifə > Hadisə > Naxçıvanda polis nəfəri vəfat edib
Naxçıvanda polis nəfəri vəfat edib28-07-2025, 15:42 |
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq, bir müddət sonra vəfat edib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |