Əsas Səhifə > Hadisə > Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib
Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib28-07-2025, 13:52 |
Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs həbs olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib. Geri qayıt |