Əsas Səhifə > Hadisə > Novxanıda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb
Novxanıda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb28-07-2025, 11:13 |
Abşeronda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb. Dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəffaflıq.az Geri qayıt |