Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Nazirdən qeyri-formal məşğulluq sahəsində işləyənlərə: "Bu, sizə bir mesajdır..."
Nazirdən qeyri-formal məşğulluq sahəsində işləyənlərə: "Bu, sizə bir mesajdır..."6-02-2020, 19:50 |
"Ötənilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək". Şəffaflıq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sərəncamın icrası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir xatırladıb ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək: "Bu həm də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər. Pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar". Geri qayıt |