Əsas Səhifə > İdman > Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxacaq
Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxacaq27-07-2025, 11:43 |
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində bu gün 1/4 final oyununa çıxacaq. Şəffaflıq.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda bu raundda Çinlə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib. Geri qayıt |