Əsas Səhifə > XARİCİ XƏBƏR > Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər
Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər27-07-2025, 11:41 |
Kamboca və Tailand liderləri bir neçə günlük silahlı münaqişədən sonra atəşkəslə bağlı danışıqlar aparmaq üçün görüşmək barədə razılığa gəliblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp belə bir razılaşmanın olduğunu açıqlayıb. "Bazar günü yerli vaxtla səhər tezdən Kambocanın Baş naziri Hun Manet bildirib ki, Kamboca iki silahlı qüvvə arasında dərhal və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşır", - telekanal qeyd edib. Geri qayıt |