Əsas Səhifə > XARİCİ XƏBƏR > Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.


26-07-2025, 12:10


Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Şəffaflıq.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır", - məlumatda bildirilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Həlak olanların ailələrinə Saratov vilayəti hökumətinin ehtiyat fondundan 1 milyon rubl (12,6 min ABŞ dolları) veriləcək.


Geri qayıt