Əsas Səhifə > MALİYYƏ > "Moody's" Türkiyənin reytinqlərini yüksəldib
"Moody's" Türkiyənin reytinqlərini yüksəldib26-07-2025, 10:25 |
"Moody's" reytinq agentliyi Türkiyənin xarici və milli valyutada uzunmüddətli emitent reytinqlərini B1-dən Ba3-ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişdirib. Şəffaflıq.az-ın "Bloomberg"ə istinadən məlumatına görə, reytinqin yüksəldilməsi səmərəli siyasətin güclənməsini, xüsusilə də Mərkəzi Bankın inflyasiya təzyiqini azaldan, iqtisadi disbalansları aradan qaldıran və türk lirəsinə etimadı tədricən bərpa edən pul-kredit siyasətinə sadiqliyini əks etdirir. "Moody's" həmçinin məzənnə dəyişikliyi riskinin azaldığını qeyd edib. Türkiyədə inflyasiya 2024-cü ilin iyun ayındakı 72%-dən 2025-ci ilin iyun ayında illik 35%-ə düşüb. "Moody's"in proqnozlarına əsasən, illik inflyasiya 2025-ci ilin sonunadək təxminən 30%-ə, 2026-cı ilin sonuna qədər isə təxminən 20%-ə düşəcək. "Moody's" real ÜDM artımının 2024-cü ildəki 3,2%-dən 2025-ci ildə 2,2%-ə qədər yavaşlayacağını, sonra isə 2026-cı ildə yenidən 3,2%-ə qədər artacağını gözləyir. Geri qayıt |