Əsas Səhifə > Hadisə > Gəncə sakini mənzilində ölü tapılıb

Gəncə sakini mənzilində ölü tapılıb


26-07-2025, 09:35


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən  verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt