| Əsas Səhifə >  ELM VƏ TƏHSİL > Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb25-07-2025, 11:38 | 
| 
 Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq. Məlumat üçün bildiririk ki, valideynlərsaytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər. Qeyd: Qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil. Şəffaflıq.az Geri qayıt |