Əsas Səhifə > SİYASƏT > Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub


24-07-2025, 14:11


Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub.

“Report”un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla da kəndə köçürülən ailələrin sayı 119-a (420 nəfər) çatıb.

Şəffaflıq.az


Geri qayıt