Əsas Səhifə > İnfrastruktur > Azərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə ediblər

Azərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə ediblər


24-07-2025, 13:40


Azərbaycan və Qətər arasında şəhər planlamasında müasir yanaşmalar müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, müzakirələr Qətərin Milli Planlaşdırma Şurasının Baş katibi Əbdüləziz bin Nasir bin Mübarək Əl-Xəlifə ilə görüşdə aparılıb: “Görüşdə dayanıqlı inkişaf strategiyalarının icrası, mənzil siyasəti və infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Rəqəmsal həllər və ekoloji standartların planlamada əhəmiyyətinə xüsusi diqqət yetirdik”.


Geri qayıt