Əsas Səhifə > REGİON > Rusiyada sərnişin təyyarəsi radarlardan itib
Rusiyada sərnişin təyyarəsi radarlardan itib24-07-2025, 10:34 |
Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur. Şəffaflıq.az xəbər verir ki, bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb. Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var. Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi. Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib. Geri qayıt |