Əsas Səhifə > Hadisə > Saatlıda avtomobil 68 yaşlı qadını vuraraq öldürüb
Saatlıda avtomobil 68 yaşlı qadını vuraraq öldürüb24-07-2025, 10:19 |
Saatlıda avtomobil 68 yaşlı qadını vurub. Şəffaflıq.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən 52-ci km-də qeydə alınıb. 1991-ci il təvəllüdlü Həşimov Vüsal Miralı oğlu idarə etdiyi “VAZ-21074” markalı, avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada - 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Piyada aldığı xəsarətlər nəticəsində Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Geri qayıt |