Əsas Səhifə > REGİON > Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının açılışında çıxış edəcək

Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının açılışında çıxış edəcək


23-07-2025, 16:33


İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxış edəcəyi gözlənilir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə mediasının məlumatına görə, H.Fidanı Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edə bilər.

Danışıqlarda Rusiya nümayəndə heyətinə ölkə prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.


Geri qayıt