Əsas Səhifə > SİYASƏT > I Qarabağ müharibəsi şəhidi Fərhad Atakişiyevin anım mərasimi keçirilib

I Qarabağ müharibəsi şəhidi Fərhad Atakişiyevin anım mərasimi keçirilib


23-07-2025, 16:30


“Azərbaycan bayrağı” ordenli I Qarabağ müharibəsi şəhidi Fərhad Atakişiyevin anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, anım mərasimində şəhidin yaxınları və ailə üzvləri iştirak ediblər.

Anası Dilarə Atakişiyeva "Report"a açıqlamasında deyib ki, Fərhad ali təhsilini yarıda qoyaraq müharibəyə könüllü qoşulub:

"Fərhad haqqında çox şey danışa bilərəm, amma mənim üçün çox ağırdır. Kəşfiyyatçı idi, qəhrəmanlıqları çoxdur. Fərhad bütün kəndə bələd idi. Fərhad əsirlikdə olan zaman ermənilər ona deyib ki, televiziyada "Qarabağ Ermənistandır" de və səni azad edək. O isə deyib ki, "Sizə torpaq verməyəcəyik, məni öldürsəniz belə məndən qeyrətli oğullar var, qisasımı alacaqlar".

Şəffaflıq.az


Geri qayıt