Əsas Səhifə > Hadisə > Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb


23-07-2025, 15:58


Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt