Əsas Səhifə > REGİON > Türkiyədə baş verən 61 meşə yanğınına görə 23 nəfər saxlanılıb.

Türkiyədə baş verən 61 meşə yanğınına görə 23 nəfər saxlanılıb.


23-07-2025, 09:25


Türkiyədə 4-22 iyul tarixlərində baş verən 61 meşə yanğınına görə 23 nəfər saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

O qeyd edib ki, saxlanılanlardan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 19 nəfər barəsində isə polisin nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.


Geri qayıt