Əsas Səhifə > Hadisə > Sumqayıtda fəhlənin uçqun nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sumqayıtda fəhlənin uçqun nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır


22-07-2025, 16:34


Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.

Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt