Əsas Səhifə > REGİON > Qazaxıstanda Özbəkistana neft məhsulları daşıyan cinayətkar qruplaşma ifşa edilib

Qazaxıstanda Özbəkistana neft məhsulları daşıyan cinayətkar qruplaşma ifşa edilib


22-07-2025, 10:33


Beynəlxalq cinayətkar qrup Qazaxıstan və Özbəkistan arasında neft məhsullarının qaçaqmalçılığı üçün yeraltı tunel çəkib.

Şəffaflıq.az Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkənin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində cinayətkar fəaliyyətin qarşısı alınıb.

"Qazaxıstan və Özbəkistan arasındakı sərhəd ərazisində bir qrup şəxs 450 m uzunluğunda yeraltı tunel çəkib. Qanunsuz fəaliyyət iki ay ərzində həyata keçirilib. Bu müddət ərzində cinayətkar qrup xaricdən maliyyələşdirmə, logistika və yanacaq-sürtkü materiallarının çıxarılmasını əhatə edən davamlı qaçaqmalçılıq sxemini qurub", - qurumun məlumatında bildirilib.

Əməliyyat zamanı cinayətkar sxemin bütün iştirakçıları, o cümlədən Özbəkistan vətəndaşları müəyyən edilib. Beş Qazaxıstan vətəndaşı şübhəli şəxs kimi tanınıb.

Hazırda istintaq başa çatıb, iş məhkəməyə göndərilib.


Geri qayıt