Əsas Səhifə > Hadisə > Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb, yaralananlar var
Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb, yaralananlar var22-07-2025, 09:32 |
Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. "Report”un yerli bürosunun məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Əmirov Aqil Yaşar oğlu tərəfindən idarə olunan “İsuzu” markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Alıyev Pünhan Ehsan oğlu, 1995-ci il təvəllüdlü Mustafayeva Qönçə Mehman qızı və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Cəlilov Xocaxan Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |